çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

ÇL-də 25 qol vuran gənc futbolçu

11.03.2021 13:45 Oxundu 472

PSJ-nin futbolçusu Kilian Mbappe "Barselona"nın kapitanı Lionel Messinin rekordunu qırıb.

“CEMPİON.AZ” "Opta"ya istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab matçında (1:1) nail olub. O, görüşdə fərqlənməklə turnirdə vurduğu qolların sayını 25-ə yüksəldib. Beləliklə, fransalı oyunçu Çempionlar Liqası tarixində 25 qol həddinə çatan ən gənc oyunçu olub (22 yaş 80 gün).

Bundan əvvəlki ən yaxşı göstərici L.Messiyə məxsus idi. O, 22 yaş 286 günlüyündə turnirdə 25-ci qolunu vurmuşdu.