çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Dieqo Simeonedən yeni rekord

11.03.2021 15:50 Oxundu 514

"Atletiko"nun baş məşçqisi Dieqo Simeone yeni rekorda imza atıb.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, buna La Liqanın 18-ci turundan təxirə salınmış "Atletik"lə matçda (2:1) nail olub. Bu, argentinalı mütəxəssisin Madrid təmsilçisindəki 309-cu qələbəsi olub. Bu, klub tarixində rekord göstəricidir. 309 qələbə üçün Simeoneyə 513 görüş lazım olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 612 qarşılaşmada 308 qələbə qazanan Luis Araqonesə məxsus olub.

Xatırladaq ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. Onun rəhbərliyi altında klub İspaniya çempionu olub və iki dəfə Avropa Liqasını və UEFA Superkubokunu qazanıb.