çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Superliqa klubunda yeni baş məşqçi

11.03.2021 17:47 Oxundu 444

"Gənclərbirliyi"nin yeni baş məşqçisi müəyyənləşib.

“CEMPİON.AZ” klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, bu vəzifəyə Özcan Bizati təyin olunub. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Bizatinin köməkçiləri Ümit Bozkurt, Receb Karatepe və Recep Öztürk olacaq.

Qeyd edək ki, "Gənclərbirliyi" martın 9-u baş məşqçisi Mehmet Altıparmakla yolları ayırıb.

Xatırladaq ki, "Gənclərbirliyi" Türkiyə Superliqasında 21 xalla 21 komanda arasında sonuncu pillədə qərarlaşıb.