çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

“Bavariya”nın futbolçusu son məşqlərdə iştirak etmir

11.03.2021 16:51 Oxundu 446

"Bavariya"nın futbolçusu David Alaba komandanın növbəti oyunlarını buraxa bilər.

“CEMPİON.AZ” "Bild"ə istinadən xəbər verir ki, avstriyalı müdafiəçi əzələsindən zədə alıb. Bu səbəbdən o, Münhen klubunun son iki məşqini buraxıb. 28 yaşlı oyunçunun zədəsi ciddi olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl D.Alabanın bu mövsümün sonunda "Bavariya"dan ayrılacağı məlum olmuşdu.

Xatırladaq ki, Münhen təmsilçisi Bundesliqada şənbə günü "Verder"lə qarşılaşacaq.