çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Merih zədələnib

11.03.2021 19:34 Oxundu 414


"Yuventus"un futbolçusu Merih Demiral zədələnib.

"CEMPİON.AZ"  İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə cavab matçında (3:2) sıradan çıxıb. Onun sağ bud əzələsində zədə aşkarlanıb. Nəticədə türkiyəli oyunçunun təxminən 20 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Demiral bu mövsüm 23 matça çıxıb.