
"Milan" futbolçularının orta yaş səviyyəsini aşağı salıb. İndi İtaliyanın ən gənc komandası, Avropanın isə ən gənc komandalarından biriyik. Oyunçuları gənc olduqlarına görə almamaq üçün diqqətli olmaq lazım idi. Gənclərə rəhbərlik edəcək daha təcrübəli oyunçularınız olmalıdır. Bunlar əsasdır".
"CEMPİON.AZ" İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Milan"ın texniki direktoru Paolo Maldini deyib.
O deyib ki, "Milan" səkkiz ildir, Çempionlar Liqasına düşə bilmir:
"Amma biz dünyadakı bütün futbolçulara zəng etdikdə onlar xəyallar qurmağa başlayır. Əlbəttə, gələcəyə baxırıq, amma keçmişə hörmət edilməlidir. Bu, vacibdir. Adınız "Milan" olanda və bir oyunçu dəvət etdiyiniz zaman həyəcan keçirir. Biz dünyanın ən uğurlu üç klubundan biriyik. Bunu unutmmalıyıq".