12.03.2021 12:15
527


“Eynxerıy” klubunun icarəyə götürdüyü 21 yaşlı futbolçu Hegli Snaer Aqnarsson həm oynayacaq, həm də baş məşqçi olacaq.
“CEMPİON.AZ” xəbər verir ki, bu qeyri-adi hadisə İslandiyanın 4-cü divizionunda baş verib.
Belə ki, 2-ci liqada çıxış edən “Fjölnir”dən icarəyə götürülən gənc yarımmüdafiəçiyə “Eynxerıy”də baş məşqçi vəzifəsi tapşırılıb.
Hegi Snaer Aqnarsson keçidi haqqında bunları deyib.
“Qarşıdan gələn yaydan “Eynxerıy”ı çalışdıracağam və komandada oynayacağam. Həyəcanlıyam. Komandanın çıxışlarınıə unudulmaz etmək üçün əlimdən gələni edəcəyəm”.