12.03.2021 17:46
672

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
“CEMPİON.AZ” UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan səsverməyə əsasən, "Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haaland bu ada layiq görülüb.
Norveçli oyunçu evdə "Sevilya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə dubl edib.
Qeyd edək ki, həftənin ən yaxşısı adına digər namizədlər Serjiu Oliveyra ("Portu"), Fabinyo ("Liverpul") və Keylor Navas (PSJ) idi.