13.03.2021 11:48
691


Bakının “Neftçi” klubunun heyətinə qatacağı Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Bakıya gəlib.
“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqanın lideri transferi ilə bağlı danışıqlar apardığı asiyalı legionerlə müqavilə paytaxtda imzalanacaq.
35 yaşlı veteran yarımmüdafiəçi ölkəmizə menecerləri və nümayəndələri ilə gəlib. Onun mövsümün sonunadək “ağ-qaralar”ın uğurları üçün çalışacağı gözlənilir.
Qeyd edək ki, həm də Kamboca millisinin baş məşqçisi olan Honda 2008-18-ci illərdə şərəfini qoruduğu Yaponiya yığmasında 98 oyuna 37 qol vurub.