çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

“Roma” müdafiəçi ilə müqaviləni yenilədi

13.03.2021 12:22 Oxundu 412

"Roma" futbolçusu Rik Karsdopla müqaviləni yeniləyib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə sözləşmənin 2025-ci ilin iyun ayınadək uzadıldığı bildirilib.

Hollandiyalı oyunçu 2017-ci ildən paytaxt təmsilçisində çıxış edir. O, ötən mövsümü "Feyenoord"da keçirib.

Qeyd edək ki, Karsdop bu mövsüm 23 matça çıxaraq, 1 qol vurub və 5 qolun ötürməsini verib.