çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Joao Feliks Premyer Liqada oynaya bilər

13.03.2021 13:40 Oxundu 868

“Atletiko”nun futbolçusu Joao Feliks karyerasını  İngiltərədə davam etdirə bilər.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola 21 yaşlı oyunçunu bu mövqeyə əsas namizəd hesab edir. Ona görə də klub futbolçunu bu yay almaq istəyir. Premyer Liqa klubunun rəhbərliyi isə madridlilərin üzvünü hələ “Benfika”da olarkən transfer etmək istəyib, lakin cəhdləri uğursuz alınıb.

Qeyd edək ki, Joao Feliksin “Atletiko” ilə müqaviləsinin  müddəti 2026-cı ilin yayına qədərdir.