çərşənbə, 03 sentyabr 2025

DÜNYA FUTBOLU

Fernandeş ilin futbolçusu seçildi

13.03.2021 14:35 Oxundu 569

İngiltərə Premyer Liqasında ilin futbolçusunun adı açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. İlin ən yaxşısı "Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş olub. 26 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın bu mükafata layiq görülən ilk futbolçusu olub.

Portuqaliyalı oyunçu ötən ay Avropa Liqasında da həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, Fernandeş bu mövsüm 28 matça çıxaraq, 16 qol vurub və 11 qolun ötürməsini verib.