13.03.2021 19:04
594

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları başlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, “Çelsi” səfərdə “Lids”in qonağı olub. Qarşılaşamada qol vurulmayıb. London klubu məğlubiyyətsizlik seriyasını 10-a çatdırıb.
Qeyd edək ki, Tuhelin yetirmələri xal ehtiyatını 51-ə yüksəldib və 4-cü pillədə qərarlaşıb. 36 xalı olan “Lids” isə 11-cidir. “Mançester Siti” 68 xalla turnir cədvəlinə liderlik edir.