çərşənbə, 03 sentyabr 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: “4-5 futbolçu ilə 14-15 günü keçirməliyik”

13.03.2021 21:58 Oxundu 530


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib:

“CEMPİON.AZ” xəbər verir ki, baş məşqçi jurnalistlərə açıqlamasında bunları deyib.

“Futbolçularımı təbrik edirəm, vacib oyun idi.  Düzdür, oyunçularda bir az həyəcan, gərginlik var idi, amma 90 dəqiqə yaxşı oyun nümayiş etdirdilər. Hər bir futbolçudan razı qaldım. Düşünürəm ki, komanda hər oyun inamla, əzmlə mübarizə aparırlar. Uzun bir fasilə olacaq, bu zaman ola bilsin, oyunçular optimal formasını itirsin. Lakin hər bir halda əlimizdə olan 4-5 futbolçu ilə 14-15 günü keçirməliyik. Ramin Quliyevə uğurlar arzu edirəm”.

“Klubun mətbuat xidməti bizim adımızdan məlumat vermişdi, Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur. Yanvar ayında sadecə epizodik danışıq olmuşdu, təklif olunmuşdu, amma klubunda onun müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb”.

“Belə böyük adların bizim futbolda hallanması müsbət haldır. İstər məşqçi, istər tanınmış futbolçu Azərbaycana gələndə marağa səbəb olur. Düzdür, hazırda oyunlarda azarkeş yoxdur, amma yenə də bunu müsbət hal kimi dəyərləndirirəm. Bu transfer onların iddialı olmasını göstərir. Ümumiyyətlə, belə legionerlərin Azərbaycanda olması hər bir komandaya xeyirlidir. Ən azı hər bir futbolçu oyunlara motivasiyası ilə hazırlaşır”.