cümə, 05 sentyabr 2025

BİZİM FUTBOL

Sənan Qurbanov: "Deməyə söz tapmıram”

13.03.2021 22:16 Oxundu 473


"Deməyə söz tapmıram, "qala buludlar" başımızın üstündən çəkilmir".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbyacan Premyer Liqasının 20-ci turunda "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O, ilk hissədə yaxşı oynadıqlarını söyləyib: "Bilirdik ki, fasilədən sonra rəqib təzyiqi artıracaq. Bərabərlikdən sonra özümüzə gələ bilib, yenə qol vurduq. Təəssüf ki, hesabı qoruya bilmədik. Qarşıda fasilə var, çalışacağıq çatışmazlığı aradan qaldırıb qələbələr qazanaq".

Qurbanov komandanın müdafiəçisi İlkin Qırtımovun koronavirusa yoluxduğunu bildirib: "Bu gün testin nəticəsi müsbət çıxdı. Onu dərhal komandadan izolyasiya etmişik".