13.03.2021 23:08
768

“Real Madrid” La Liqanın 27-ci turunda “Elçe”ni qəbul edib.
“CEMPİON.AZ” xəbər verir ki, matçın ilk hissəsinidə tərəflərdən heç biri fərqlənə bilməyib. Fasilədən sonra isə qarşılaşmada 3 qol vurulub. Hesabı qonaq komanda açıb. Bundan sonra hücumların sayını artıran meydan sahibləri Benzemanın vurduğu iki qolla qələbəyə sevinib.
Qeyd edək ki, bu qələbədən sonra “Qalaktikos” xal ehtiyatını 57-ə çatdırıb. “Elçe” isə 26 tura 24 xal toplaya bilib. Turnir cədvəlinə 53 xala malik olan “Atletiko Madrid” başçılıq edir.