cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

“Liverpul” Mbappeni transfer etməyəcək

14.03.2021 14:22 Oxundu 456

Fransa millisinin və PSJ-nin ulduz hücumçusu Killian Mbappenin müştərilərindən biri sıradan çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, İngiltərə çempionu “Livepul” forvardı almaq fikrindən imtina edib.

Buna səbəb Mbappenin maaşının yüksək olmasıdır. Hazırda hücumçu həftəyə 600 min funt sterlinq qazanır. 

Killian yeni kluba keçərsə, daha yüksək maaş tələb edəcək. Bu da Premyer Liqa təmsilçisinin planlarına uyğun gəlmir. Bu üzdən də “Liverpul” Mbappe sevdasından əl çəkməyə məcbur olub.