cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

Fati zədəsini sağaldır

14.03.2021 15:20 Oxundu 654

"Barselona"nın futbolçusu Ansu Fati zədəsini sağaltmaq üzrədir.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu artıq fərdi məşqlərə başlayıb. Onun bərpa prosesinin sürətli getdiyi bildirilib. Hər şey belə davam edərsə, qvineyalı oyunçu aprel ayında yaşıl meydanlara qayıdacaq.

Bu yaxınlarda əməliyyat olunan futbolçu "Laureus" mükafatına da namizəddir.