cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

PSJ rəhbərliyi futbolçudan Messi haqqında danışmamaq istədi

15.03.2021 13:47 Oxundu 514

PSJ rəhbərliyi futbolçusu Leanardo Paradesdən  "Barselona"nın kapitanı Lionel Messinin transferi haqda danışmamağı istəyib.

“CEMPİON.AZ” "Le Journal Du Dimanche"yə istinadən xəbər verir ki, bu barədə Parades özü bildirib.
26 yaşlı yarımmüdafiəçi daha əvvəl açıqlamasında həmyerlisini Paris təmsilçisində görmək istədiyini demişdi. Bundan sonra isə klub Paradesdən bu baradə danışmamağı xahiş  edib:

"PSJ rəhbərliyi məndən daha Messi haqqında danışmamağı istədi. Bu məsələdəki mövqeyim bəzilərinin xoşuna gəlmədi və hörmətsizlik saydılar. Mən isə belə düşünmürəm. Messi özü mövsümün sonunda gələcəyi və nə edəcəyi barədə qərar verməlidir".

Qeyd edək ki, Kataloniya klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq 33 yaşlı hücumçunun PSJ-yə transfer olunacağı haqda iddialar var. Argentinalı oyunçunu  "Mançester Siti" də heyətinə qatmağı planlaşdırır.