cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

Modriçə əvəzləyici tapıldı

15.03.2021 14:50 Oxundu 467

“Real” bu yay yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

“CEMPİON.AZ” “Don Balon”a istinadən xəbər verir ki, Madrid klubu “Latsio”nun futbolçusu Sergey Milinkoviçi transfer etməyi qərara alıb.

“Kral klubu”nun serbiyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilib. “Real” rəhbərliyi Milinkoviçi Luka Modriçin əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm A seriyasında 23 oyuna 6 qol vurub, 8 məhsuldar ötürmə edib.