15.03.2021 20:41
450


Bu gün "Neftçi" yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə imzalayıb.
“CEMPİON.AZ” xəbər verir ki, müqavilə mövsümün sonunadək imzalanıb. Bununla bağlı tədbirdə klub prezidenti Kamran Quliyev və Honda özü iştirak edib. Yaponiya millisinin
34 yaşlı sabiq yarımmüdafiəçisi 4 nömrəli forma altında çıxış edəcək.
K.Quliyev bildirib ki, “qismət olsa, müqavilənin müddəti daha da uzadılacaq”.