bazar ertəsi, 29 dekabr 2025

BİZİM FUTBOL

“Səbail” legioneri göndərdi

15.03.2021 21:42 Oxundu 598

“Səbail” futbolçusu Peyman Keşavarzla yollarını ayırıb.
 
“CEMPİON.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iranlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl qarşılıqlı razılıq əsasənda xitam verilib. Futbolçuya azad agent statusu verilib.
 
“Səbail”  oyunçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Peyman Keşavarz 2020-ci ilin yanvarında “Səbail”ə transfer olunmuşdu.