cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

ÇL-də növbəti 1/4 finalçılar müəyyənləşəcək

16.03.2021 13:18 Oxundu 560

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində daha iki cavab oyunu keçiriləcək.

“CEMPİON.AZ” xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Borussiya" ilə (Münhenqladbax) qarşılaşacaq. Bu komandalar arasında ilk matçda İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Digər oyunda "Real" "Atalanta"nı qəbul edəcək. Birinci görüşdə 1:0 hesablı qələbə qazanan Madrid təmsilçisi doğma meydanda da üstünlüyünü qorumağa çalışacaq.
16 mart

00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Münhenqladbax, Almaniya)
İlk oyun - 2:0

00:00. "Real" (İspaniya) - "Atalanta" (İtaliya)
İlk oyun - 1:0
17 mart

00:00. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya)
İlk oyun - 1:0

00:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 4:1