cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

Hücum xəttini Haallandla gücləndirmək istəyirlər

16.03.2021 13:49 Oxundu 460

"Mançester Yunayted" yay transfer pəncərəsi zamanı hücum xəttini gücləndirmək üçün əsas prioritet seçib.

“CEMPİON.AZ” "Manchester Evening News"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin ilk hədəfi "Borussiya"nın (Dortmund) və Norveç millisinin hücumçusu Erlinq Haallandı almaqdır.

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer və idman direktoru Con Merto 20 yaşlı oyunçunu "İnter"ə keçən Romelu Lukakunun uzunmüddətli əvəzləyicisi hesab edir.

Nəşr yazıb ki, ancaq futbolçunun yüksək transfer qiyməti bu keçidə problem ola bilər. Haalandın Mançester təmsilçisindən  həftədə təxminən 400 min avro almaq istədiyi bildirilir

Qeyd edək ki, Haaland  2020-ci ilin yanvarından "Borussiya"da oynayır. O, bu müddət ərzində Dortmund təmsilçisində 48 oyunda 47 qol vurub.