16.03.2021 16:19
446

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalamağı planlaşdırır.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Calcio Mercato" məlumat yayıb. İtaliya təmsilçisi daha əvvəl növbəti mövsüm üçün Çempionlar Liqasına düşməyəcəklərindən ehtiyat etdiyinə görə bu barədə qərar verməyə tələsməyib. Hazırda isə rəhbərlik avrokuboklarda iştirak edəcəklərindən əmindir. Ona görə də klub 39 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üzərində işləyir.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm A seriyasında 14 matça çıxaraq, 14 qol vurub və 1 qolun ötürməsini verib.