18.03.2021 10:52
689


Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
“CEMPİON.AZ” xəbər verir ki, növbəti mərhələdə "Bavariya", "Borussiya" Dortmund (hər ikisi Almaniya), "Çelsi", "Liverpul", "Mançester Siti" (hər üçü İngiltərə), "Portu" (Portuqaliya), PSJ (Fransa) və "Real" (İspaniya) mübarizə aparacaq.
1/4 və 1/2 finalın püşkatma mərasimi martın 19-u, Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.
1/4 finalın ilk oyunları 6/7 aprel, cavab görüşləri 13/14 apreldə keçiriləcək.