cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

Bütün turnirlər daxil 13 matçdır məğlub olmur

18.03.2021 11:45 Oxundu 464

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel yeni rekorda imza atıb.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra nail olub.

Bununla da, o, "Çelsi" ilə bütün turnirlərdə ardıcıl 13 matçda uduzmayıb. Bu isə rekord göstəricidir. Tuhel 2008-ci ildə 12 görüşdə uduzmayan  Luis Felipe Skolarinin rekordunu yeniləyib.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis bu ilin yanvarından "Çelsi"ni çalışdırır.