cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

Finalda azarkeşlər də iştirak edə bilər

18.03.2021 12:20 Oxundu 471

Çempionlar Liqasının final oyununun tamaşaçılarla keçirilməsi planlaşdırılır.

“CEMPİON.AZ” xəbər verir ki, UEFA Türkiyənin İstanbul şəhərindəki həlledici oyunun boş tribunlar önündə keçirilməsinin əleyhinədir.

Qurum mayın 29-dakı qarşılaşmaya hər iki komandanın azarkeşlərinin, həmçinin yerli tamaşaçıların buraxılmasına nail olmağa çalışır. 1/4 və 1/2 final matçları ilə bağlı analoji istəyi çətinə düşən UEFA bunun finalda reallaşacağına ümidlidir. Amma hələlik stadionun tutumunun neçə faizi qədər tamaşaçının matça buraxılacağı dəqiqləşməyib.

Qeyd edək ki, finalın təşkil olunacağı Olimpiya Stadionunu 80500 tamaşaçı tutur.