cümə, 05 sentyabr 2025

DÜNYA FUTBOLU

Aquero London klubuna keçə bilər

18.03.2021 14:41 Oxundu 559

"Mançester Siti"nin futbolçusu Serxio Aquero karyerasını "Çelsi"də davam etdirə bilər.

“CEMPİON.AZ” "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" 32 yaşlı hücumçu ilə yaxından maraqlanır. Əgər Aquero "şəhərlilər"lə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək üçün razılaşmasa, London təmsilçisi onu transfer etmək üçün hərəkətə keçəcək.

Aegentinalı oyunçunu "Barselona" da heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Aquero "Mançester Siti"yə 2011-ci ildə "Atletiko"dan keçib.