cümə, 05 sentyabr 2025

BİZİM FUTBOL

Mahir Emreliyə Avropadan təklif gəlib

18.03.2021 15:38 Oxundu 545


Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emreliyə növbəti təklif gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı forvard “Ferensvaroş”un maraq dairəsinə düşüb.

Macarıstanın məşhur klubu ona dəvət göndərib.

2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır. Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə alıb. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.

Qubadov 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçimlərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.

"Yaşıl-ağlar" Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi "yaşıl qartallar" olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev "Dinamo"suna uduzub - 0:3.