çərşənbə axşamı, 24 mart 2026

DÜNYA FUTBOLU

17 yaşlı müdafiəçi “Borussiya”da

19.03.2021 14:11 Oxundu 766

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ-dən Sumail Kulibalini transfer edib. 17 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

PSJ-nin U-19 komandasında çıxış edən Sumail yayda “Borussiya”ya qoşulacaq.