20.03.2021 10:35
432


Dortmundun “Borussiya” klubu futbolçusu Erlinq Holandın transfer qiymətini müəyyənləşdirib.
“CEMPİON.AZ” xəbər verir ki, Almaniya təmsilçisi norveçli hücumçunu istəyən bütün klublara eyni qiyməti “oxuyub”.
“Borussiya” Holand üçün 250 milyon avro istəyir. Forvarda belə yüksək qiymətin qoyulması isə dortmundluların onu buraxmamaq istəyini göstərir.
Qeyd edək ki, skandinaviyalını heyətinə qatmaqda “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Real” maraqlıdır.