21.03.2021 13:40
478

"Mançester Yunayted" futbolçusu Luk Şouya yeni müqavilə təklif etməyə hazırlaşır.
"CEMPİON.AZ" "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı müdafiəçinin çıxışından razıdır. Ona görə də klub ingiltərəli oyunçunun maaşında yüksək artım edəcəyi və müqavilənin uzadılacağı bildirilib. Onun hazırkı sözləşməsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Şou 35 matça çıxaraq, 1 qol vurub və 6 qolun ötürməsini verib.