bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Millimiz 7 medal qazandı

21.03.2021 15:20 Oxundu 445


İstanbulda təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.

"CEMPİON.AZ"  xəbər verir ki, yarışda 30-a yaxın ölkədən 250 idmançının qatılıb. Millimiz isə turniri 7 medalla başa vurub.
 

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan boksçuları turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.