21.03.2021 16:24
451

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer futbolçusu Edinson Kavani ilə müqaviləni uzatmağa hazırlaşdıqları barədə yayılan məlumatlara münasibət bildirib.
"CEMPİON.AZ" Goal.com-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu məlumatları təsdiq edib:
"Bəli, Kavani ilə danışıqlar aparırıq. Edinson yaxşı bir hücumçudur və gəlin, gələcəyi barədə nə qərar verəcəyini gözləyək. Onunla yaxşı münasibətimiz var. “Mançester” in rəqabətçi heyətə və ardıcıl qol vuracaq birinə ehtiyacı var".
Qeyd edək ki, Kavani bu mövsüm 18 matça çıxaraq, 6 qol vurub və 2 qolun ötürməsini verib.