bazar, 07 sentyabr 2025

BİZİM FUTBOL

Millimizə qarşı oynamayacaq

21.03.2021 17:27 Oxundu 432


Portuqaliya millisinin qapıçısı Ruy Patrisiu yığmanı çətin duruma salıb.

"CEMPİON.AZ"  ölkənin futbol federasiyasının saytına istinadən xəbər verir ki, "Vulverhempton"da çıxış edən 33 yaşlı qolkiper zədəsini hələ də sağaltmayıb. Buna görə də o, heyətdən çıxarılıb.

Patrisiu Premyer Liqanın "Liverpul"la matçında başından xəsarət almışdı.

Qeyd edək ki, Portuqaliya millisi martın 24-ü Turində Azərbaycanla, 27-si Serbiya, 31-də isə Lüksemburqla qarşılaşacaq.