21.03.2021 18:50
699
699

"Liverpul"un futbolçusu Corcinyo Vaynaldum yayda klubdan ayrılacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə "Barselona" arasında razılıq əldə edildiyi bildirilib. Tərəflərin 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Vaynaldum bu mövsüm 28 matça çıxıb və 2 qol vurub.