bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" hücum xəttini gücləndirəcək

21.03.2021 20:37 Oxundu 445


"Mançester Yunayted" yayda heyətinə yeni futbolçu qatmaq istəyir.

"CEMPİON.AZ" "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"dan Pedro Netonu almaq niyyətindədir. 21 yaşlı hücumçunun keçidi klubun yay transfer pəncərəsi üçün əsas hədəflərindəndir. Lakin Premyer Liqa təmsilçisi oyunçuya görə 31.5 milyon sterlinq xərcləməli olacaq.

Qeyd edək ki, Neto bu mövsüm 33 matça çıxaraq, 5 qol vurub və 4 qolun ötürməsini verib.