bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Pike  "Real Soysedad"a qarşı oynamayacaq 

21.03.2021 21:12 Oxundu 483


"Barselona"nın futbolçusu Jerar Pike hələ də zədəsini sağaltmayıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı müsafiəçi La Liqanın 28-ci turunda "Real Soysedad"la matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Real Soysedad" - "Barselona" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.