22.03.2021 11:20
599

"Tottenhem" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, London klubu 18-ci turda təxirə salınmış matçda "Aston Villa"nın qonağı olub. Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Aston Villa" - "Tottenhem" - 0:2
Qollar: Vinisius, 29, Keyn, 68-pen
Bu qələbə ilə xalını 48-ə yüksəldən Joze Mourinyonun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb, "Aston Villa" isə 41 xalla 10-cudur. Siyahıya 71 xalla "Mançester Siti" başçılıq edir.