bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

Messi 7-ci oldu

22.03.2021 15:36 Oxundu 535

İspaniya La Liqasının 28-ci turunda "Real Sosyedad"la keçirilən oyunda (6:1) "Barselona"nın kapitanı Lionel Messi daha bir rekorda imza atıb.


"CEMPİON.AZ"  xəbər verir ki, La Liqada 511-ci matçına çıxan argentinalı hücumçu "Real"ın sabiq qapıçısı İker Kasilyasın rekorunu qırıb. İspaniyalı qolkiper çempionatda 510 oyun keçirib.

Messi bu göstərici ilə 7-ci sıraya yüksəlib. İlk pillədə "Barselona"nın keçmiş qapıçısı Andoni Subisarreta qərarlaşıb.

Xatırladaq ki, Messi sözügedən görüşdə "Barsa"nın heyətində 768-ci oyununa çıxmaqla komandanın keçmiş kapitanı Xavi Ernandesin rekordunu da qırıb.