22.03.2021 17:14
618

"Tottenhem"in futbolçusu Harri Keyn klubdan ayrılmaq istəyir.
"CEMPİON.AZ" "The Atletic"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu kuboklar uğrunda mübarizə aparmaq istəyir. O, bunu hazırkı komansası ilə edə biləcəyindən əmin deyil.
Xəbərdə o da bildirilir ki, London təmsilçisi hələ ingiltərəli oyunçunu buraxmaq istəmir. Klub prezidenti Daniel Levi isə futbolçunu 120 milyon avrodan az məbləğə satmaq fikrində deyil.
Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqada 26 matça çıxaraq, 16 qol vurub və 13 qolun ötürməsini verib.