bazar, 07 sentyabr 2025

DÜNYA FUTBOLU

"Real" müdafiəçiyə təklif göndərəcək

22.03.2021 19:27 Oxundu 604


"Real" "Bavariya"nın futbolçusu David Alabaya yaxın zamanda yeni müqavilə təklif etməyə hazırlaşır.

"CEMPİON.AZ" Sport.es-ə istinadən xəbər verir ki, sözləşməyə görə, 28 yaşlı müdafiəçi "kral klubu"nda illik 10 milyon avro qazanacaq. Həmçinin Madrid təmsilçisi avstriyalı oyunçuya 20 milyon avro bonus ödəməyə hazırdır. Müüavilənin müddəti isə 2025-ci ilin yayına qədər olacaq.

Qeyd edək ki, Alaba daha əvvəl "Bavariya" ilə mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləməyəcəyini açıqlamışdı.