bazar, 07 sentyabr 2025

BİZİM FUTBOL

Şahruddin birinci oldu

25.03.2021 12:48 Oxundu 774


DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin I turunun ilk oyun gününün ən çox seyv edən qapıçıları açıqlanıb.

"CEMPİON.AZ" xəbər verir ki, cədvələ Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev başçılıq edir.

Milliləşən legioner Portuqaliya ilə səfər oyununda (0:1) 90 dəqiqəyə 14 seyv edib. O, ən yaxın izləyicisi cəbəllütariqli Deyl Koleynqdən 3 qurtarış öndədir.

“Top-5”də Türkiyə millisinin qapıçısı Uğurcan Çakır da yer alıb. O, Məhəmmədəliyevdən ikiqat geridədir – 7 seyv.

“Qarabağ”da Şahruddinin komanda yoldaşı olmuş İbrahim Şehiç də “beşliy”ə düşüb. Bosniya və Herseqovina yığmasının əlcək sahibi cəmi 5 dəfə seyv edib.

1. Şahruddin Məhəmmədəliyev (Azərbaycan) – 14
2. Deyl Koleynq (Cəbəllütariq) – 11
3-4. Uğurcan Çakır (Türkiyə) - 7
3-4. Yessi Yoronen  (Finlandiya) - 7
5. İbrahim Şehiç (Bosniya və Herseqovina) - 5