bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

Marko van Basten: "Ofsayd qərarının uğursuz olduğuna əminəm"

26.03.2021 21:26 Oxundu 442


Niderlandın canlı əfsanəsi Marko van Basten maraqlı təkliflə çıxış edib.

"CEMPİON.AZ" xəbər verir ki, məşhur hücumçu ofsayd sisteminin ləğvinin tərəfdarıdır.

O, bunun futbola böyük fayda gətirəcəyini düşünür: “Hələ də ofsayd qaydaları ilə maraqlanıram, çünki bunun uğursuz olduğuna əminəm. Ən azı ofsayd vəziyyəti olmadan yoxlamaq istərdim. Çünki futbolun bu qaydasız daha yaxşı olacağını düşünürəm. Futbolun daha həyəcanlı, əyləncəli, maraqlı olmasını təmin etmək üçün çox şey edə bilərik”.

Qeyd edək ki, Marko van Basten 2017-ci ildə FİFA ilə əməkdaşlıq edərkən bənzər fikir bildirmişdi.