27.03.2021 13:15
648

"Real"ın futbolçusu Dani Karvahal zədəsini sağaldıb.
"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi fərdi məşqlərə başlayıb. Onun yaxında komanda ilə hazırlıqlara da qoçulacağı bildirilib.
Qeyd edək ki, Karvahal bu mövsüm 12 matçda 4 qolun ötürməsini verib. Futbolçu sonuncu dəfə La Liqanın 23-cü turunda "Valensiya" ilə görüşdə (2:0) meydanda olub.