bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

Lakazet "Arsenal"dan gedə bilər

27.03.2021 14:38 Oxundu 485


"Arsenal"ın futbolçusu Aleksandr Lakazet yayda komandadan ayrıla bilər.

"CEMPİON.AZ" ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunu "Roma", "Atletiko", "Sevilya" kimi klublar heyətinə qatmaq istəyir. Onun "topçular"la hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir. London təmsilçisi isə hələ fransalı oyunçuya yeni sözləşmə təklif etməyib. Lakin Mikel arteta futbolçunu komandada saxlamaqda maraqlıdır.

Qeyd edək ki, Lakazet bu mövsüm Premyer Liqada 25 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib.