27.03.2021 15:23
505

"Çelsi Dortmund "Borussiya"sından Erling Haalandı transfer edə bilməyəcəyi təqdirdə onun əvəzləyicisini tapıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. London təmsilçisi 20 yaşlı hücumçunu heyətinə qata bilməsə, "İnter"ə satdığı Romelu Lukakunu qaytarmağa çalışacaq. Lakin 27 yaşlı belçikalı üçün yayda "Mançester Siti", "Real" və "Barselona"da mübarizə aparacaq.
Qeyd edək ki, Lukaku bu mövsüm A seriyasında 26 matçda 19 qol vurub və 7 qolun ötürməsini verib.