bazar ertəsi, 08 sentyabr 2025

DÜNYA FUTBOLU

Finalda 9 min azarkeş iştirak edə bilər

27.03.2021 21:39 Oxundu 536

UEFA-nın Çempionlar Liqasının finalı ilə bağlı planları bəlli olub.


"CEMPİON.AZ" xəbər verir ki, qurum Türkiyənin İstanbul şəhərindəki qarşılaşmada ən azı 9 min tamaşaçının olmasını istəyir.

Bu yerlər finalçı komandalar arasında bölüşdürüləcək. Bu barədə 1/4 finalda oynayacaq 8 klub da məlumatlandırılıb. Lakin mayın 29-da Olimpiya stadionunda keçiriləcək görüşə tamaşaçıların buraxılması ilə bağlı yekun qərarı Türkiyə hökuməti verməlidir.

Qeyd edək ki, Olimpiya stadionu 75 min 415 tamaşaçı tutumuna malikdir.