28.03.2021 03:20
609


DÇ-2022-nin seçmə mərhələsində 2-ci tura start verilib.
“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma oynanılıb. Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə (1:2) çıxdığı A qrupunda şərikli liderlər Serbiya ilə
Portuqaliya üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə yekunlaşıb. İrlandiya - Lüksemburq oyununda isə gözlənilmədən qonaqlar qələbə qazanıb - 1:0. Bu nəticədən sonra Serbiya 4 xalla qrup lideridir. Eyni xalı olan Portuqaliya 2-cidir.
Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşüb. Norveçdə koronavirusla əlaqədar səfər məhdudiyyətinə görə oyun İspaniyanın Malaqa şəhərində keçirilib. Türklər 3:0 hesablı parlaq qələbə qazanıb.
DÇ-2022, seçmə mərhələ, 2-ci tur
27 mart
A qrupu
23:45. Serbiya - Portuqaliya - 2:2
Qollar: Mitroviç, 46, Kostiç, 60 - Jota, 11, 36
23:45. İrlandiya - Lüksemburq - 0:1
Qol: Rodriges, 85
1 | Serbiya | 2 | 1 | 1 | 0 | 5 | 4 | +1 | 4 |
2 | Portuqaliya | 2 | 1 | 1 | 0 | 3 | 2 | +1 | 4 |
3 | Lüksemburq | 1 | 1 | 0 | 0 | 1 | 0 | +1 | 3 |
4 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 0 | 1 | -1 | 0 |
5 | İrlandiya | 2 | 0 | 0 | 2 | 2 | 4 | -2 | 0 |
21:00. Belarus - Estoniya 4:2
Qollar: Vitali Lisakoviç, 45-pen. 83. Yuri Kendış, 64. Pavel Savitski, 81 - Henri Anier, 31; 55
23:45. Çexiya - Belçika - 1:1
Qollar: Provod, 50 (1:0), Lukaku, 60 (1:1)
1 | Çexiya | 2 | 1 | 1 | 0 | 7 | 3 | +4 | 4 |
2 | Belçika | 2 | 1 | 1 | 0 | 4 | 2 | +2 | 4 |
3 | Belarus | 1 | 1 | 0 | 0 | 4 | 2 | +2 | 3 |
4 | Uels | 1 | 0 | 0 | 1 | 1 | 3 | -2 | 0 |
5 | Estoniya | 2 | 0 | 0 | 2 | 4 | 10 | -6 | 0 |
18:00. Monteneqro - Cəbəllütariq - 4:1
Qollar: Fatos Beçiray, 26. Marko Simiç. Zarko Tomaşeviç, 53. Stevan Yovetiç, 80 - Ris Stayç, 30-pen.
21:00. Norveç - Türkiyə 0:3
Qollar: Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28
Qırmızı vərəqə: Thorstvedt, 80 (Norveç)
21:00. Niderland - Latviya - 2:0
Qollar: Stiven Berqyoys, 32. Lük de Yonq, 69
1 | Türkiyə | 2 | 2 | 0 | 0 | 7 | 2 | +5 | 6 |
2 | Monteneqro | 2 | 2 | 0 | 0 | 6 | 2 | +4 | 6 |
3 | Niderland | 2 | 1 | 0 | 1 | 4 | 4 | 0 | 3 |
4 | Norveç | 2 | 1 | 0 | 1 | 3 | 3 | 0 | 3 |
5 | Latviya | 2 | 0 | 0 | 2 | 1 | 4 | -3 | 0 |
6 | Cəbəllütariq | 2 | 0 | 0 | 2 | 1 | 7 | -6 | 0 |
H qrupu
18:00. Rusiya - Sloveniya - 2:1
Qollar: Artyom Dzyuba, 26, 35 - Yosip İliçiç, 36
21:00. Xorvatiya - Kipr - 1:0
Qol: Mario Paşaliç, 40
23:45. Slovakiya - Malta - 2:2
Qollar: David Strelets, 49. Milan Şkrinyar, 53 - Lük Qembin, 16. Aleksander Satariano, 20
1 | Rusiya | 2 | 2 | 0 | 0 | 5 | 2 | +3 | 6 |
2 | Sloveniya | 2 | 1 | 0 | 1 | 2 | 2 | 0 | 3 |
3 | Xorvatiya | 2 | 1 | 0 | 1 | 1 | 1 | 0 | 3 |
4 | Slovakiya | 2 | 0 | 2 | 0 | 2 | 2 | 0 | 2 |
5 | Kipr | 2 | 0 | 1 | 1 | 0 | 1 | -1 | 1 |
6 | Malta | 2 | 0 | 1 | 1 | 3 | 5 | -2 | 1 |